Beynəlxalq Bank “7 təpə” problemi üçün hərəkətə keçib
Yadigar Cəfərlə qeyd edir ki, "Variantlar nəzərdən keçirilir"
“Seven Hills Residences” şirkəti paytaxtda inşası nəzərdə tutulan yaşayış kompleksinin ("7 təpə") tikintisini dayandırıb. Kompleksdən mənzil almaq üçün şirkətə əvvəlcədən ilkin ödəniş edən vətəndaşlar indi öz pullarını geri qaytara bilmədiklərini deyirlər.
Onun sözlərinə görə, fiziki şəxslərlə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, bu problem, indiki mərhələdə, daha çox, mənzillərin alınması üçün kredit verilmiş şəxslərlə tikinti şirkəti arasında həll edilməli olan məsələ sayılsa da, Azərbaycan Beynəlxalq Bankı da problemin vətəndaşların maraq və mənafelərinə uyğun şəkildə aradan qaldırılması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacaq.
Qeyd edək ki, “Seven Hills" yaşayış kompleksinin tikintisində yubanmanın yaranmasl Beynəlxalq Bankda sağlamlaşdırılma tədbirləri və rəhbərliyin dəyişdirilməsi ilə bağlı gedən məlum proseslərlə izah edilib.
Mənbə: Anspress