Beynəlxalq Bank ipoteka kreditlərində yenidən aktivləşir

Beynəlxalq Bank ipoteka kreditlərində yenidən aktivləşir | alkredit.az

Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditləri sahəsində yenidən aktivləşib.

Bu gün Bakı, Xırdalan və Sumqayıt şəhərində binalar tikərək sürətlə böyüyən “Kristal Abşeron” şirkəti Beynəlxalq Bank ilə əlaqə qurub. Belə ki, şirkətin tikdiyi mənzillərin alınmasının kreditləşdirilməsi Beynəlxalq Bankın maliyyə dəstəyi ilə həyata keçirilir.

İndiyədək tikdiyi binalardakı mənzilləri ilkin ödəniş 10%, illik 10% dərəcəsi və 10 illik ipoteka şərtləri ilə təklif edən şirkət, Noyabrın 23-dən etibarən tam yeni ipoteka şərtlərinin tətbiqinə başlayır.  Beynəlxalq Bankın davam edən maliyyə dəstəyi  sayəsində “Kristal Abşeron” şirkətindən mənzilləri ilkin ödəniş 10%, illik 8% dərəcəsilə və 20 il müddətinə manatla ipoteka şərtləri ilə əldə etmək olar.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı kredit qalmaqalı ilə əlaqədar olaraq bir sıra tikinti layihələrinin maliyyələşdirilməsini dayandırmışdı.

Son vaxtlar “Kristal Abşeron” şirkəti günü-gündən böyüyən tikinti şirkətidir. Bu şirkət 10-dan artıq ünvanda binalar tikir.

 

 

mənbə:marja