Bilirsinizmi…?

Bilirsinizmi…? | alkredit.az

Qədim Babildə, Misirdə, Yunanıstanda bank fəaliyyətinin olduğu etibarlı tarixi qaynaqlardan məlumdur.

E.ə 210-cu ildə Romada sərraflarla əlaqədar bir qərar nəşr olundu. Bu qərara görə siyasi mübahisələr, dövlət idarəetməsi ilə bağlı müzakirələr aparılan forum meydanında sərraflar üçün xüsusi bir bölmə ayrılacaqdı.

Bu səbəbdən "banka" sözü bizə İtalyan dilindən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı skamyaların üzərində görərdilər. Hələ də parklarda, geniş və ağaclıq prospektlərin səki kənarlarındakı bu skamyalar italyan dilində "banco" adlanır. Bank sözü də bu "banco" sözündən yaranmışdır.

Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir.

Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.