Bu şirkət avtomobilləri köhnə qiymətlə satır

Bu şirkət avtomobilləri köhnə qiymətlə satır | alkredit.az

Dolların bahalaşması ilə əlaqədar olaraq bəzi avtomobil şirkətləri artıq qiymətləri qaldırsa da, bəzi şirkətlər avtomobilləri köhnə qiymətlə satmaqda davam edir. Volkswagen avtomobillərinin Azərbaycanda rəsmi satış mərkəzi olan “Volkswagen Bakı Mərkəzi”ndən fins.az-a verilən məlumata görə, salonda hazırda satılan avtomobillərin qiyməti dəyişməyib. “Polo Sedan Avtomat” 14 900 manat, “Jetta 23 500 manata, Golf 25 500 manata, “CC 1.8” modeli 36 500 manata, “Tiguan” 36 900 manata, “Touareg” 76 900 manata, “Amarok isə 37 900 manata satılır. Şirkətdən bildirilib ki, bu gündən etibarən Almaniyadan gətirilmək üçün sifariş verilən və yeni gətiriləcək modellər isə manatın yeni məzənnəsinə uyğun olaraq bahalaşacaq.

 

mənbə:fins.az