Bu bank kreditləri bağışladı

Bu bank kreditləri bağışladı | alkredit.az

Bank of Baku “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin bankda olan bütün kredit borclarını bağışlayıb.

"04 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, Bank of Baku ailəsini də sarsıtdı.

Yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, Bankın daimi müştəriləri də var. Bank of Baku, faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul etmişdir.

Bank of Baku, neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir",- Bankın məlumatında deyilir.

 

 

mənbə:marja