Bu gün neftin taleyi həll olunacaq

Bu gün neftin taleyi həll olunacaq | alkredit.az

Bu gün Vyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) toplantısı keçiriləcək.

Toplantıda təşkilatın neft hasilatı siyasəti müzakirə olunacaq.

OPEC üzvlərinin radikal qərarlar verməməsi vəziyyətində neft qiymətlərinin daha da düşəcəyi, hətta 40 dollardan aşağı düşərək yeni minimumları test edəcəyi gözlənilir.

Neft qiymətləri də dalğalanmaqda davam edir. Dekabrın 2-si axşamı 42,4 dollara qədər geriləyən brent nefti dünən Səudiyyə Ərəbistanının Vyanada keçiriləcək iclasda OPEC üzvlərinə neft bazarında təklif və tələb tarazlığının bərqərar olmasını təmin edəcək bir təklif təqdim edəcəyi xəbəri ilə xeyli bahalaşdı. Bakı vaxtı ilə 06:30-da Brent neftinin barelinin qiyməti 44.02 dollar təşkil edib.

Energy Intelligence-ın (IE) xəbərinə görə, dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanı, OPEC-ə 2016-ci ildə həyata keçiriləcək gündəlik 1 milyon barrel neft hasilatını azaltmağı təklif edə bilər. Amma Səudiyyə Ərəbistanının istehsalı azaltması üçün bəzi şərtlərinin yerinə yetirilməsi lazımdır. Sözügedən xəbərə görə, Rusiya, Meksika, Oman və Qazaxıstan daxil OPEC xaric istehsalçıların və İranın da neft hasilatını azaltması Səudiyyə Ərəbistanın şərtləri arasında yer alır.

Neft qiymətləri, ötən il Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-ın istehsalı artırması ilə sərt düşmüşdür. OPEC, İyun 2014-dən bu yana hər ay gündəlik 30 milyon barrel neft hasil edir.

 

 

mənbə:marja