Bu kreditlər 10 minə yaxın iş yeri yaradacaq
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2015-ci ilin 9 ayı ərzində vəsaitlərinin istifadəsi haqqında məlumatlar açıqlanıb.
9 ayda 4249 layihə üzrə 158 milyon 947.1 min manat kredit verilib. Bu kreditlər hesabına 9882 iş yerinin yaradılacağı gözlənilir.
97%-İ KƏND TƏSƏRRÜFATINA AYRILIB
Güzəştli kreditlərin 108 milyon 296.9 min manatı və ya 97,1%-i kənd təsərrüfatı məhsullarının istehsalına (4126 layihə), 30 milyon 790 min manatı xidmət (infrastruktur) sahələrinin inkişafına (11 layihə), 18 milyon 804.2 milyon manatı müxtəlif sənaye məhsullarının istehsalı və emalına (109 layihə), 1 milyon 56 min manatı isə kənd təsərrüfatı məhsullarının emalına (3 layihə) verilib.
68 FAİZİ BÖYÜK HƏCMLİ KREDİTLƏRDİR
Kreditlərin 45 milyon 716.1 min manatını və ya 28.8%-ni kiçik həcmli kreditlər (4187 layihə üzrə), 5 milyon 83 min manatını və ya 3.2%-ni orta həcmli kreditlər (25 layihə) və 108 milyon 148 min manatını və ya 68%-ni böyük həcmli kreditlər təşkil edib.
İndiyədək, 1 milyard 696 milyon 341 min manat dövlətin güzəştli krediti verilmişdir.
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun 2015-ci ilin 9 ayı ərzində vəsaitlərinin istifadəsi haqqında məlumat
|
mənbə:marja