CDB Bank mənfəət açıqladı

CDB Bank mənfəət açıqladı | alkredit.az

“Caspian Development Bank (CDB)” ASC 2016-cı ilin 1-ci rübünü 5 milyon 502 min manat xalis mənfəət ilə başa vurub.

1-ci rübdə Bankın cəmi gəlirləri 1 milyon 991 min manat təşkil edib. Bank faiz gəlirləri üzrə 2 milyon 188 min manat gəlir əldə edib, qeyri – faiz gəlirləri üzrə isə 197.38 min manat zərər edib. Zərərin olmasına səbəb məzənnənin dəyişməsidir.

Yanvar-Mart aylarının yekunları üzrə, Bankın əməliyat mənfəəti 378.74 min manat təşkil edib. Lakin kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyatdan 5 milyon 123 min maant götürülərək xalis mənfəətə əlavə edilib. Nəticədə də, Bankın xalis mənfəəti 5 milyon 502 min manat təşkil edib. 1-ci rübdə mənfəət vergisi ödənməyib.

KAPİTALI ARTIB

31 Mart 2016-cı il tarixinə “Caspian Development Bank (CDB)” ASC-nin cəmi aktivləri 120 milyon manat, ( o cümlədən kredit portfeli 106 milyon 424 min manat) öhdəlikləri 55 milyon 465 min manat (o cümlədən depozitlər 32 milyon 58 min manat), cəmi kapitalı isə 64 milyon 536 min manatb təşkil edib.

Ötən ilin sonunda Bankın cəmi aktivləri 129 milyon 60 min manat, (o cümlədən kredit portfeli 109 milyon 294 min manat) öhdəlikləri 70 milyon 20 min manat (o cümlədən depzoitlər 41 milyon 756 min manat), cəmi kapitalı isə 59 milyon 40 min manatb təşkil edib

“Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir.  24 sentyabr  2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.