Dövlət büdcəsinə 61,4 milyard manat transfertlər edib

Dövlət büdcəsinə 61,4 milyard manat transfertlər edib | alkredit.az

2003-cü ildən 1 oktyabr 2015-ci ilə kimi  Neft Fondundan dövlət büdcəsinə transfertlər 61 mlrd 422 mln manat olub.

ARDNF-nin məlumatına görə, 2015-ci ilin 9 ayında Neft Fondundan dövlət büdcəsinə transfertlər 5 mlrd 650 mln manat təşkil edib.

Neft Fondu 2003-cü ildə dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.

Neft Fondundan dövlət büdcəsinə transfertlər cədvəli

İllər

Transfertlər, milyon manatla

2003

100

2004

130

2005

150

2006

585

2007

585

2008

3 800

2009

4 915

2010

5 915

2011

9 000

2012

9 905

2013

11 350

2014

9 337

2015-proqnoz

8 000

İndiyədək Neft Fondu 118,4 milyard dollar gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 116 milyard 007 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin on ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 856 milyon dollar vəsait daxil olub.

2007-ci ildən bu il noyabrın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 399 milyon ABŞ dolları gəlir əldə edib.

Bu ilin on ayında isə Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 279 milyon dollar vəsait daxil olub.

Mənbə: Marja, Contact