DəmirBank-dan böyük uğur: Bank-ın müştərilərlə iş sistemi nüfuzlu beynəlxalq sertifikata layiq görülmüşdür

DəmirBank-dan böyük uğur: Bank-ın müştərilərlə iş sistemi nüfuzlu beynəlxalq sertifikata layiq görülmüşdür | alkredit.az

DəmirBank ABŞ-ın nüfuzlu Smart Campaign təşkilatının Müştəri Mühafizəsi Sertifikatına layiq görülmüşdür. Bank sertifikatı müştərilərin maraqlarının və hüquqlarının qorunması öhdəliyinə sadiq qalmasının nişanəsi olaraq almışdır. Sertifikatlaşdırmanı Smart Campaign-in tərəfdaşı, müstəqil və lisenziyalı qiymətləndirmə təşkilatı olan MicroFinanza Rating aparmışdır. DəmirBank ötən ilin fevral ayından başlayaraq Mikrofinanza Rating təşkilatı ilə “Müştəri Mühafizəsi üzrə Sertifikat” layihəsinə başlamışdır.

Sertifikat Smart Campaign-in yeddi Müştəri Mühafizəsi prinsiplərinə cavab verildiyi üçün alınmışdır və məqsədi maliyyə məhsullarında qiymət, şərait və şərtlər baxımından şəffaflığı təmin etmək və o cümlədən Bank məhsullarının müştərilərin təlabatına uyğun olaraq hazırlanması və çatdırılması, artıq borcalmanın qarşısının alınması, şəffaflığın təmin edilməsi, məsuliyyətli qiymət qoyuluşu, müştərilərə ədalətlə və hörmətlə davranış, müştəri məlumatlarının məxfiliyinin qorunması, müştəri müraciətlərinə baxılması ilə bağlı çevik bir mexanizmə malik olmaq, bu mexanizmi həm fərdi problemlərin həlli, məhsul və xidmətlərin təkmilləşdirilməsi və həm də müştəri şəffaflığının təmin olunması üçün istifadə edilməsini təmin etməkdir.

Bank bir çox qayda və prosedurlara dəyişiklik edərək hazırda Smart Campaign təşkilatının 95 standartının hamısına cavab verir. Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etmək hesabına başa gəlsə də, müştəri məmnuniyyəti və maraqları daha üstün tutulur.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az