DəmirBank-dan sahibkarlara dəstək

DəmirBank-dan sahibkarlara dəstək | alkredit.az

“DəmirBank” biznesini artırmaq istəyən kiçik sahibkarlara dəstək layihəsi təqdim edir. Bu layihə çərçivəsində sahibkarlar “DəmirBank”dan sərfəli kreditlər əldə edərək öz bizneslərini genişləndirmək imkanı əldə edəcəklər. Layihə çərçivəsində sahibkarlar 20 000 AZN məbləğinədək kreditləri 20%-dən başlayan faiz dərəcələriylə əldə edə bilərlər. Üstəlik sahibkarlara 6 ayadək güzəşt müddəti də təklif olunur.

Əlavə olaraq DəmirBank kiçik sahibkarlığın inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir. Bu kreditlər SKMF-in dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yönəlik dövlət kreditləşmə proqramı çərçivəsində təqdim edilir. Belə ki, sahibkarlar 36 ay müddətinə 6% sərfəli kreditlərdən yararlana bilərlər. Sahibkarlar həmçinin 18 aylıq güzəşt müddətindən də yararlanmış olacaqlar.

Sahibkarlıq krediti və digər kreditlər Bankın bütün filiallarında verilir. 26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

“DəmirBank”ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.



http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az