DəmirBanka dekabr ayından bəri 32 milyon AZN əmanət yerləşdirilib

DəmirBanka dekabr ayından bəri 32 milyon AZN əmanət yerləşdirilib | alkredit.az

2015-ci ilin dekabr ayından müştərilər tərəfindən DəmirBank-a manat ekvivalentində 32 milyon vəsait yerləşdirilib. Bu isə bazardakı vəziyyətdən asılı olmayaraq müştərilərin DəmirBanka qarşı olan inam və etibarının göstəricisidir.

Bu göstəricinin digər səbəbi isə DəmirBank-ın daim müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif etməsidir.  Belə ki, hazırda müddətindən asılı olmayaraq USD əmanətlərini illik 9%, AZN əmanətlərini isə illik 14%-lə yerləşdirmək mümkündür.

Bununla bərabər, müştərilərin rahatlılığını təmin etmək məqsədilə DəmirBank yeni “Plastik kartla yığım əmanəti” məhsulunu yaradıb. Əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından komissiyasız pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür. Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 5%-dək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart Bank tərəfindən müştəriyə hədiyyə olunur.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az