Dəmirbankdan Güzəştli kredit növü

Dəmirbankdan Güzəştli kredit növü | alkredit.az

İnnovasiyaların inkişafına daim dəstək olması ilə seçilən DəmirBank, sahibkarlıq subyektlərinə İnformasiya Texnologiyaları sahəsi üzrə layihələrinin tətbiqi üçün güzəştli kreditlər təqdim edir.

Qeyd etmək lazımdır ki, adı çəkilən kredit növü İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına maliyyələşir. Fondun vəsaitləri İKT sahəsində tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin, yeni texnologiyaların, proqram təminatı vasitələrinin, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması, elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur.

Şərtlərə əasən sahibkarlar illik faiz dərəcəsi 5 % olmaqla, 5 000 000 AZN-dək kreditlər cəlb edə bilərlər. Layihə ilə bağlı ətraflı məlumatı ictfund.gov.az saytına daxil olmaqla əldə etmək mümkündür.

26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az