Daha bir bankın nizamnamə kapitalı 100 milyon manatı aşdı

Daha bir bankın nizamnamə kapitalı 100 milyon manatı aşdı | alkredit.az

AGBank-ın nizamnamə kapitalı 102 milyon manata çatıb.

Bir neçə gün öncə AGBankın baş tutan səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması yenidən müzakirə olunub. Bu barədə Marja-ya Bankdan bildirilib.

Xatırladaq ki, bundan əvvəl 4 mart 2016-cı il tarixində səhmdarların növbədən kənar keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının artırılması qərara verilmişdi. Qəbul olunan bu qərarın icrası nəticəsində hazırda "AGBank" ASC-nin nizamnamə kapitalı 77.2 milyon manat artırılaraq 102.2 milyon manat təşkil edir.

mənbə:marja