Daha bir bank əmanət faizini artırdı

Daha bir bank əmanət faizini artırdı | alkredit.az

Milli valyutada vəsait cəlb etmək üçün banklar bir-birinin ardınca əmanət faizlərini artırırlar.

Bank BTB də əmanət faizini 16%-ə qaldırıb.

“Bank BTB əmanəti etibarlı şəkildə qorunan, artırılma imkanına malik olan, illik 16%-dək gəlirli Proqressiv əmanət növünü təqdim edir”,- Bankın məlumatında deyilir.

Faiz dərəcəsi, fazilər aylıq ödənilmə halında 14 %, rüblük ödənilmədə 1.00%, müddətin sonunda ödənilmədə 16% təşkil edir.

Bank əmanət məbləğinin 80%-i miqdarında da əmanət təklif edir. Bu halda kreditin faiz dərəcəsi “Əmanət üzrə illik faiz dərəcəsi + 3%” qədərdir.

Qeyd edək ki, bundan əvvəl əmanət faizini AtaBank illik 14.2%-ə, Yapı Kredi Bank Azərbaycan isə illik 17%-ə qaldırıb.