Daha bir Bank manatla istehlak kreditini bərpa edib

Daha bir Bank manatla istehlak kreditini bərpa edib | alkredit.az

Azərbaycan bankları Manatda istehlak kredit ayırmağı bir-bir bərpa edirlər.

Bank BTB-də Manat-da istehlak kreditləri ayırmağı bərpa edib.

“ İstehlak kreditləri 300 AZN-dən 5000 AZN-ə kimi 3-36 ay müddəti aralığında verilməsi mümkündür.

Bankın kredit eksperti müştərinin, xərclərini və kredit tarixçəsini analiz etdikdən sonra nə qədər miqdarda kredit veriləcəyi barədə qərar verir”,- Bankdan bildirilib.

Devalvasiyalardan sonra digər banklar kimi Bank BTB-də istehlak kreditlərinin ayrılmasını dayandırmşıdı. Bank kreditlərin dayandırılmasını “Məhsul şərtlərində yenilənmə səbəbiylə” əlaqələdirirdi.   Bank BTB yalnız Kiçik və Orta Sahibkarlığın inkişafına kömək üçün biznes kreditləri verirdi.

Bunu da əlavə edək ki, Bank BTB-nin “Güvən, Qazan!” hədiyyəli kampaniyası davam etməkdədir. "Güvən, Qazan!" kampaniyası çərçivəsində Siz, 6-36 ay müddətinə sığortalanan əmanətləri manat valyutasında illik 12%-dək, dollar valyutasında isə 3%-lə yerləşdirə bilərsiniz. Bununla belə, yerləşdirdiyiniz əmanətin manat valyutasında 2%-i həcmində, dollar valyutasında 1%-i həcmində Sizə təqdim olunan anketdə 45 partnyor şirkətdən hədiyyə seçimi əldə edirsiniz.

mənbə:marja