Daha bir neft ölkəsi benzinin qiymətlərini qaldırdı

Daha bir neft ölkəsi benzinin qiymətlərini qaldırdı | alkredit.az

Bəhreynin rəsmi xəbər agentliyində yer alan xəbərə görə, Bəhreyn Nazirlər Kabineti, benzin qiymətlərindəki tənzimləmələri təsdiq edib.

Nazirlər Kabinetinin açıqlamasında bunlar qeyd edilib:

“Bahreyn Parlamentinin qərarına görə, 95 oktan benzinin litri 60 faiz artımla 0.41 dollar və 91 oktan benzinin litri isə 56 faiz artımla 0.33 dollar olacaq. Qiymətlər, bu gündən etibarən qüvvədə olacaq. Benzin qiymətlərinin artırılması, 2014-cü ildən etibarən neft qiymətlərinin düşməsindən irəli gəldi. Neftin barreli, 2014-ci ildən bu yana təxminən 75 faiz azalaraq 120 dollardan 31 dollara düşüb”.

Açıqlamada fikirlərinə yer verilən Bəhreynin enerji naziri Əbdül-hüseyn Mirzə isə, “Nazirlər Kabinetinin qərarı, aşağı neft qiymətləri səbəbilə yaranan büdcə kəsirinə dair tədbir görmək və ölkənin yaşadığı ağır maliyyə vəziyyətinin düzəldilməsinə yönəlmiş bir addımdır. Son dövrlər neft qiymətlərindəki həddindən artıq azalma, dövlət büdcəsinə mənfi təsir edir” ifadələrini istifadə edib.

Həmçinin Bəhreyndə kerosin və benzin qiymətlərinin 1982-ci ildən bəri, yəni 33 ildir dəyişmədiyini bildirən Mirzə, Bəhreyndəki qiymətlərin Körfəz ölkələrində benzinin ümumi qiymətləri ilə eyni olacağını bildirib.

Mirzə, yaxın zamanda digər Körfəz ölkələrinin də benzin qiymətlərini artıracağını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı benzinin qiymətlərini qaldırmışdı.

mənbə:valyuta