Daha bir yaşayış kompleksi tam yeni ipotekaya qoşuldu

Daha bir yaşayış kompleksi tam yeni ipotekaya qoşuldu | alkredit.az

Azərbaycan Beynəlxalq Bankı mənzil tikintisi ilə məşğul olan şirkətlər ilə əməkdaşlığını genişləndirir.

"AS Group İnvestment” Şirkətlər Qrupunun tikdiyi "Renessans Palace" Yaşayış Kompleksində Bankın tam yeni ipoteka şərtləri ilə mənzil satışına başlanılıb.

“Sizə "Renessans Palace" Yaşayış Kompleksində sərfəli şərtlərlə 20 illik ipoteka təqdim edirik. İpotekanın ilkin ödənişi 10%, illik faiz dərəcəsi 8% təşkil edir”,- şirkətin məlumatında deyilir.

“Renessans Palace”, Elmlər Akademiyası metro stansiyası yaxınlığında tikilən premium-klass yaşayış kompleksidir.

Qeyd edək ki,  bundan əvvəl Beynəlxalq Bank “Yeni Həyat” Şirkətlər Qrupunun, “Kristal Abşeron” şirkətinin binalarındakı və Bakı Ağ Şəhərdə tikilən binalardakı mənzillərin 20 illik ipoteka ilə satışını maliyyələşdirməyə başlamışdı.

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2015-ci ilin birinci yarısında ipoteka kreditləri üzrə portfelini 23,8% artıraraq 325 milyon 571 min manata çatdırıb. 31 dekabr 2014-cü il tarixinə bankın ipoteka kreditləri üzrə portfeli 263 milyon 64 min manat idi. Cari ilin ikinci rübündə Bankın ipoteka kreditləri portfelinin daha da artacağı gözlənilir.

mənbə:marja