Dollar 6 həftənin zirvəsində

Dollar 6 həftənin zirvəsində | alkredit.az

Dollar indeksi, ABŞ-da istehlakçı xərclərində bir ilin ən güclü artımı və treyderlərin Fed-in bu il faiz artırımına gedəcəyi ehtimalını gücləndirmələri ilə əlaqədar olaraq altı həftənin zirvəsinə yaxınlaşıb.

ABŞ Dolları, Fed-in son toplantısına dair Çərşənbə günü açıqlanacaq protokollardan əvvəli, yen qarşısında yüksəlib. Avstraliya Dolları 10 həftənin ən aşağı səviyyəsinə gəlib və Yeni Zelandiya pulu, hər iki ölkənin də ən böyük ixrac bazarı olan Çindən yavaşlamaya işarə edən göstəricilərdən sonra ucuzlaşıb.

Bank of Australia-nın valyuta strateqi Cozef Capurso, "Bizcə dollar bu ay bir qədər daha yuxarı gedə bilər" şəklində bildirib.

Bloomberg Dollar Spot İndeksi, ötən iki həftədə 2.3 faiz dəyər qazanaraq Cümə günü 29 Martdan bu yana görülən ən yüksək yekununu keçirməsindən sonra üfüqi qalıb. Dollar, yen qarşısında 108.73 səviyyəsinə, avro qarşısında isə 1.1310 səviyyəsinə gəlib.

 

mənbə:marja