Dollar Avro qarşısında 8 ayın zirvəsində

Dollar Avro qarşısında 8 ayın zirvəsində | alkredit.az

ABŞ Mərkəzi Bankı (Fed) aiz artırımına getməyi planlaşdırarkən, Avropa Mərkəzi Bankının (AMB) inflyasiyanı canlandırmaq üçün əlavə stimula gedəcəyinə dair artan gözləntilər ilə Dollar Avro qarşısında 7 ayın ən yüksək səviyyəsinə çıxıb.

Gözləntidən yaxşı gələn dayanıqlı mal sifarişləri və yeni mənzil satışları göstəriciləri ABŞ valyutasına dəyər qazandırıb. Güclü göstəricilər Fedin Dekabr ayındakı toplantıda 2006-dan bəri ilk dəfə faiz artırması üçün zəmin hazırlayır. Faizlərin artırılması dolların daha da bahalaşması demək olacaqdır.

Yüksək faiz ABŞ valyutasını, 19 ölkənin ortaq pul vahidi və avroya qarşı daha cazibədar hala gətirir.

Avropa Mərkəzi Bankının (AMB) Prezidenti Mario Draghi 3 Dekabrdakı toplantıda aşağı inflyasiyayla mücadilə etmək üçün lazım olanın ediləcəyini bildirmişdi. AMB-nin əlavə təşviqi və atacağı addımlar dövriyyəyə əlavə avronun daxil olmasına gətirib çıxardacaq. Bu səbəbdən də Avro ucuzlaşır.

Dollar Avro qarşısında 1.0556 səviyyəsinə enərək 16 Martda test edilən 1.0458 səviyyəsinə yaxınlaşıb. Bakı vaxtı ilə 07:00-da Avro/dollar məzənnəsi 1.0618 dollar səviyyəsində olub.

Dollar yen qarşısında da 0.2% dəyər qazanıb və 122.72 yen olub.

Avropa Mərkəzi Bankının Vitse-prezidenti Vitor Constancio Bloomberg International-a inflyasiyanın çox aşağı olduğunu və AMB-nin qiymət sabitliyini təmin etmək istədiyini bildirib.

Müddətli müqavilə məlumatlarına görə, Fedin Dekabr toplantısında faiz artırımına getmə ehtimalı 74%-ə çıxıb.

 

 

mənbə:marja