Dollar kreditləri problemi banklar ilə əhali arasında həll olunmalıdır

Dollar kreditləri problemi banklar ilə əhali arasında həll olunmalıdır | alkredit.az

Azərbaycanda yeni yardılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı da dollar kreditləri üzrə güzəştlərin edilməsini banklar ilə müştəriləri arasında olan məsələ olduğunu bildirib.

“Borclarını qaytarmaq istəməyən və ya borclarını qaytarmaq iqtidarında olmayan kateqoriyaları bir-birindən ayırmaq elə də asan deyil. Bu insanlara güzəşt etsək, biz bir növ onları mükafatlandırırıq, amma məsuliyyətli olub, xarici valyutada olan borclarını vaxtı çatmamış və ya vaxtı çatdıqda qaytamış məsuliyyətli şəxsləri isə cəzalandırırıq. Onlar axı borclarını yeni məzənnə ilə qaytarıblar?! O ki qaldı mövcud olan problemin həllinə baxış, bu, iki tərəf arasında olan münasibətlərdir, yəni banklar ilə əhali arasında. Bu  dövlətin deyil, banklar və borcalanların qarşılıqlı razılaşmaları üzərində həll olunmalı məsələdir. Bu mənim subyektiv fikirimdir. Ola bilsin ki, banklar bu gün bir qədər ürkək davranırlar. Bu gün öz pozitiv addımlarını ictimaiyyətə açmaqdan xoflanırlar”,- “Marja” xəbər verir ki, Rüfət Aslanlı ANS TV-yə müsahibəsində deyib.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov da bildirmişdi ki, banklar krediti dollarda olan müştərilərinə özləri güzəşt etməlidirlər. Dollar kreditlərinə güzəşt olacağı barədə məlumatlar hətta vəsaiti olan müştərilərin də ödənişinə mənfi təsir edə bilər.

mənbə:marja