Dollar sürətlə ucuzlaşır, ABŞ-dan bu gün vacib açıqlama gələcək

 

Dollar sürətlə ucuzlaşır, ABŞ-dan bu gün vacib açıqlama gələcək | alkredit.az
Dollarda yüksəliş gözləyənlər ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenə xilaskar kimi baxırlar.

Görünür Fed sədrinə ümid edənlərin arzusu puç olacaq. Belə ki, trederlər bu il dolların uçot dərəcəsinin artırılma ehtimalının 30% olduğunu güman edir.
Dollar artıq 16 valyutadan 13-ü qarşısında dəyər itirib. Analitiklər iqtisadiyyatın hazırki vəziyyətdə davam etməsi fonunda ABŞ-ın faiz dərəcəsinə yenidən baxa biləcəyini iddia edir. Yəni, Fed faiz artımı məsələsinə yenidən baxa, hətta bu qərarından geri addım da ata bilər.
Fed sədri Yellenin bu günki açıqlamaları dolların dəyərinə təsir edəcək.