Evsizləri internet modem etdilər

Evsizləri internet modem etdilər | alkredit.az

Çex mediasında yer alan xəbərlərə görə, Həyat üçün Kabelsiz Əlaqə (WİFİ4Life) adlı yardım təşkilatı, paytaxt Praqa küçələrində yaşayan evsiz insanları (bomjları) "kabelsiz modem" kimi istifadə etmə layihəsinə başlayıb.

Layihəyə əsasən, küçədə yaşayanlara bir modem və enerji doldurma cihazı verilir. Ehtiyacı olanlar bu modem vasitəsilə internetə bağlana və enerji doldurma cihazına telefonlarını "zaryatkaya" qoya bilirlər. Xidmət qarşılığında evsizlərə isə yemək, geyim və cib xərcliyi verilir.

Layihənin direktoru Lubos Bolecek, evsiz insanların daim küçələrdə yaşadığını və heç bir iş görmədiyini bildirərək, "İnternet təqdim etmək onların görəcəyi işlərdən biridir" deyib.

Lubos Bolecek, layihənin həm evsiz insanları cəmiyyətə inteqrasiya etmək üçün, həm də internetə və ya enerjiyə ehtiyacı olan turistlər üçün çox faydalı olduğunu deyib.

O, İnternetin pulsuz təqdim edildiyini və bəzi şirkətlərin layihəni maliyyələşdirmək üçün iki aylığına sponsor olduğunu bildiriib.

Layihənin ilk icraçısı Kamil Krtil, həftədə 5 gün və gündə 8 saat metro stansiyasında xidmət göstərdiyini söyləyib. Kritl, "İnternet modemi, qəzetlər və ya jurnallar qədər ağır deyil. Üstəlik, internet üçün qəzet və jurnallarda olduğu kimi, əvvəlcədən pul ödəməyə ehtiyac yoxdur. Bu da bizim üçün əhəmiyyətli bir üstünlükdür" ifadələrini istifadə edib.

mənbə:marja