Expressbank 30000 manatadək mikro kreditlər təklif edir

Expressbank 30000 manatadək mikro kreditlər təklif edir | alkredit.az

Expressbank müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 30000 AZN-dək, maksimal müddəti 36 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.

Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, təhsil, səhiyyə və neft işçilərinə kreditlər, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

 

 

www.expressbank.az

www.facebook.com/Expressbank