Expressbank yeni filialını açdı

Expressbank yeni filialını açdı | alkredit.az

Expressbank-ın Elmlər Akademiyası metro stansiyasının yaxınlığında yeni Elmlər filialı fəaliyyətə başlayıb. Yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F. Ağayev küçəsi, 5 ünvanında yerləşir.

“Expressbank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmlər filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, - deyə, Expressbank-ın Biznesin İnkişafı departamentinin direktoru Mehriban Ocaqquliyeva bildirib.

Expressbank-ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

www.expressbank.az

www.facebook.com/Expressbank