Fermerlər Alfa Sığortanı böyük xərcə salıblar

Fermerlər Alfa Sığortanı böyük xərcə salıblar | alkredit.az

“Alfa Sığorta” ASC 2016-cı ilin ilk rübündə xaricdən idxal edilən cins damazlıq heyvanlarının sığortalanması ilə bağlı baş vermiş sığorta hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərinin təhlilini apararaq məlum olmuşdur ki, bu sığorta növü üzrə verilən sığorta ödənişlərini 29 faiz təşkil etmişdir.

Qeyd etmək istəyirik ki, xaricdən idxal edilən cins damazlıq heyvanlarının sığortalanması ilə bağlı sığortalı təşkilat “Aqrolizinq” ASC-dir.

Kənd təsərrüfatı sahəsi üzrə “Alfa Sığorta” ASC-də müstəqil ekspert olaraq fəaliyyət göstərən, təcrübəli mütəxəssis Sabir Süleymanov məsələ ilə bağlı münasibət bildirmişdir ki, sığorta ödənişlərinin bu növ üzrə faiz dərəcəsinin yüksək olması təbii haldır, çünki “Alfa Sığorta” ASC-nin sığorta portfelinin böyük hissəsini məhz bu sığorta növü təşkil etmişdir. Dövlət vəsaiti hesabına xaricdən idxal olunmuş damazlıq heyvanların güzəştlə lizinq yolu ilə sahibkarlara verilməsində əsas məqsəd, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdən və ölkəmizdə sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Eyni zamanda ekspert bildirmişdir ki, dövlət vəsaiti hesabına xaricdən idxal olunmuş və “Aqrolizinq” ASC tərəfindən lizinqə verilmiş damazlıq heyvanların saxlanılması, bəslənməsi, yetişdirilməsi istiqamətində sahibkarlar ciddi pozuntulara yol verməkdədirlər. Bunun nəticəsidir ki, heyvanlar qısa müddətdə xəstələnir, tələf olur və ya çıxdaş olunurlar. Belə ki, keçirilmiş çoxsaylı monitorinqlər onu göstərir ki, bir çox təsərrüfatlarda sahibkarlar lizinq və sığorta müqavilələrinin şərtlərini pozmaqla yanaşı mal-qaranın saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət etmirlər.

Ekspert problemlərin həlli istiqamətində aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini tövsiyyə edir: mal-qara saxlanılan tövlələr zoobaytar tələblərə tam cavab verməlidir; təsərrüfatın yem bazası yaradılaraq, mal-qara rasiona uyğun yemləndirilməlidir; damazlıq heyvanların saxlanılması və onlara qulluq göstərilməsi üçün müfaviq hazırlıq keçmiş işçi heyəti olmalıdır; mütəmadi olaraq heyvanların ümumi vəziyyətinə kliniki baxış keçirilməlidir; heyvanlara gündəlik fəal gəzinti təşkil edilməlidir və sair. Diqqətinizə çatdırırıq ki, heyvadarlıqla məşğul olan lizinq alan sahibkarlar, öz fəaliyyətlərinə məsuliyyətlə yanaşmaqla, yuxarıda göstərilənlərə ciddi şəkildə riayət etməlidirlər. Onu da qeyd edirik ki, xaricdən idxal edilən cins damazlıq heyvanların lizinqə verilməsi proseduru təkminləşdirilməlidir.

mənbə:marja