Fransadan Google-a rekord vergi cəriməsi

Fransadan Google-a rekord vergi cəriməsi | alkredit.az

Fransanın Maliyyə Nazirliyinin, ABŞ-ın texnologiya şirkəti Google-dan, keçmişdən qalan toplanmış vergi borcları və vergi cərimələri ilə birlikdə ümumilikdə 1,6 milyard avro tələb etdiyi bildirilib.

"Echos" qəzeti, Nazirliyin, Google-dan vergi borcları və cərimələri ilə birlikdə 1,6 milyard avro tələb etdiyini yazıb.

Google-un Fransa şöbəsindən verilən mətbuat açıqlamasında "şirkətin fəaliyyət göstərdiyi bütün ölkələrdə vergi qanunlarına uyğun hərəkət etdiyi qeyd edilib, amma vergi cəriməsinin miqdarı məsələsinə toxunulmayıb".

Google, Avropa ölkələrində vergi qaçırdığı ittihamı üzündən uzun müddətdir ki, Avropa İttifaqı Komissiyasının təqibindədir.

 

mənbə:marja