Hökumətin son proqnozları

Hökumətin son proqnozları | alkredit.az

Hökumətin son proqnozlarına görə 2015-ci ildə ölkədə iqtisadi artımın 3.3%, o cümlədən qeyri-neft sektorunda 5.9% olacağı gözlənilir.

Bu, Mərkəzi Bankın “Pul siyasəti İcmalı”nda deyilir

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, qeyri-neft sektorunda artım 7.1% olacaqdır.

Rəsmi proqnozlara görə iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi ötən illə müqayisədə 7.8% bəndi artaraq, ilin yekunu üzrə 68.8% təşkil edəcəkdir. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcəkdir. 2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun real artım tempinin 9.2% təşkil edəcəyi gözlənilir. Daxili investisiyalarla yanaşı xarici investisiyalar da iqtisadi artıma müsbət təsir edəcəkdir. Reallaşdırılan iri həcmli neft-qaz layihələri, habelə mürəkkəb qlobal iqtisadi şəraitə baxmayaraq ölkəmizin beynəlxalq kredit reytinqinin yuxarı həddə qiymətləndirilməsi xarici investisiya axınlarının yüksək tempdə artmasına şərait yaradır. İlin yekunu üzrə xarici investisiyaların 49% artacağı gözlənilir.

əhalinin real pul gəlirlərinin 1.9% artacağı gözlənilir. Ölkəmizin əsas ixrac məhsullarından olan neftin dünya bazarında qiymətlərinin kəskin düşməsinə baxmayaraq, xalis ixracın həcmi də nominal ÜDM-in formalaşmasında mühüm rol oynayır. İlin sonuna xarici ticarət balansının profisitli olacağı gözlənilir.

İNFLYASİYA GÖZLƏNTİLƏRİ

İlin sonuna inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir. Qlobal əmtəə bazarlarında ucuzlaşma, partnyor ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir. Rəsmi proqnoza görə 2015-ci ildə orta illik inflyasiya 4.4% təşkil edəcəkdir.

Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında aparılan qiymətləndirmələrə görə Azərbaycanda orta illik inflyasiya MDB ölkələri ilə müqayisədə 10.9 faiz bəndi, ölkəmizin ticarət tərəfdaşı ölkələrlə müqayisədə isə 3.4 faiz bəndi aşağı olacaqdır.

“Mərkəzi Bank tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələri birrəqəmli inflyasiya proqnozu ilə tam uzlaşır. Belə ki, monitorinqin nəticələrinə görə qiymət gözləntisi indeksi sənaye və xidmət sektorunda artmış, tikinti sektorunda neytral olmuş, ticarətdə isə azalmışdır. Sahələr üzrə azalma gözləntiləri poçt, səhiyyə, turizm xidmətləri, avtomobil, daşınmaz əmlak, tikinti materialları qiymətləri üzrə də müşahidə olunmuşdur. İnflyasiyanın birrəqəmli səviyyədə qorunacağı ilə bağlı proqnozlar Mərkəzi Bank tərəfindən cari ildə reallaşdırılan pul və məzənnə siyasətinin adekvat olduğunu göstərir”,- İcmalda deyilir.

 

 

mənbə:marja