Hakerlərin yaydığı məlumatlar Amrahbanka aid deyil

Hakerlərin yaydığı məlumatlar Amrahbanka aid deyil | alkredit.az

“Amrahbank”ın veb saytı ilə əməliyyat sistemi bir-biri ilə bağlı deyil. Buna görə, veb sayta edilən hücum ilə müştərilərə dair məlumatların əldə edilməsi və bankın işinə təsir etmək mümkün deyil”.

Bu sözləri Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli bildirib.

O qeyd edib ki, veb sayta hücüm edən “İslamic Cyber Army” adlı hakker qrupunun sosial şəbəkədə yerləşdirdiyi məlumatlar “Amrahbank”a aid deyil:

“Twitter sosial şəbəkəsində yayımlanmış məlumatlar “Amrahbank”a aid olmadığı üçün həmin informasiyanı araşdırmadıq. Bankımızın əməliyyat sistemi güclü mühafizə olunur, hakker hücumu nəticəsində hər hansı informasiya və digər itkilərimiz olmayıb”.

“SƏBƏBİNİ BİLMİRİK”

İŞİD-ə və "Əl-Qaidə" teror təşkilatına yaxın olduğu bilinən “İslamic Cyber Army”nin nə üçün “Amrahbanka” hücüm etdiyi hər kəsi düşündürür. Nəcəf Cəfərli bu barədə suala cavab olaraq bildirib ki, bunun səbəbi onlara bəlli deyil.

 

mənbə:marja