Hesablama Palatası Maliyyə Bazarlarına Nəzarət Palatasında yoxlama aparıb

Iclasda dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılmış vəsaitlərin istifadəsinə dair auditor hesabatı müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar və "Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydaları"nın layihəsi müzakirə olunaraq təsdiq edilib.