İcbari sığorta olunan əmlaklar 20% artıb

İcbari sığorta olunan əmlaklar 20% artıb | alkredit.az

Noyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 sığorta müqaviləsi bağlanıb. Bu müqavilələrdən 1 milyon manat sığorta haqqı toplanıb. İcbari Sığorta Bürosundan fins.az-a evrilən məlumata görə, icbari sığortalanan əmlakların 87%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 12,8%-i isə digər daşınmaz əmlaklar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə icğari sığortalanan əmlakların sayı 19,2%, toplanan sığorta haqlarının məbləği isə 0,5% artıb.