İcbari sığortada 60%-lik sıçrayış

İcbari sığortada 60%-lik sıçrayış | alkredit.az

Azərbaycanda icbari sığortalanan avtomobillərin sayı kəskin artıb. Mart ayında Azərbaycanda 109 842 avtomobil icbari sığoprtalanıb. İcbari Sığorta Bürosundan (İSB) fins.az-a verilən məlumata görə, 11 004-ü xarici ölkədə qeydiyyatda olan və Azərbaycandan tranzitlə keçən avtomobillər olub. Nəticədə martda standard və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 9,5 milyon manat olub.

Qeyd edək ki, AVSMMİS üzrə mart ayında bağlanılan standart sığorta müqavilələrinin 22 034-ü indiyədək informasiya sistemində mövcud olmayan, yəni icbari sığortası olmayan avtonəqliyyat vasitələri ilə bağlı olub. Nəticədə martda icbari sığorta müqavilələrinin sayında 59,1%, sığorta haqlarının məbləğində isə 76,8% artım baş verib.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart aylarında avtomobillərin icbari sığortası üzrə 240 176 müqavilə bağlanıb. Bu müqavilələr üzrə 20,1 milyon manat sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövürü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21%, sığorta haqlarının məbləğində isə 31% artım müşahidə edilib

mənbə:fins.az