İrana tətbiq edilən sanksiyaların ləğv edilməsinə bir neçə gün qaldı

İrana tətbiq edilən sanksiyaların ləğv edilməsinə bir neçə gün qaldı | alkredit.az

ABŞ-ın Dövlət katibi Con Kerri, İran ilə əldə edilən və bu ölkəyə qarşı sanksiyaların bəzilərinin ləğv edilməsini təmin edəcək nüvə müqaviləsinin həyata keçirilməsinə "bir neçə gün" qaldığını söyləyib.

ABŞ-ın Dövlət katibi Con Kerri, Vaşinqtondakı Milli Müdafiə Universitetində ABŞ-ın 2016-ci il üçün xarici siyasəti ilə bağlı çıxışında, İran ilə əldə edilmiş nüvə razılaşmasına toxunub.

Kerri, Tehran rəhbərliyinin müqavilə şərtləri kontekstində böyük səy sərf etdiyini bildirərək, "İranın nüvə proqramını kifayət qədər azaltdığını sübut etməsi ilə əldə etdiyimiz və İrana sanksiyaların qaldırılmasını təmin edəcək müqavilə çox yaxında qüvvəyə minəcək, hətta böyük ehtimalla qarşıdakı bir neçə gün ərzində" deyib.

Kerri, "Bunun reallaşması halında bizim və dünyanın müxtəlif yerlərindəki müttəfiqlərimizin təhlükəsiz olacağına əminəm" ifadəsini istifadə edib.

CÜMƏ, YA DA HƏFTƏ SONU

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Amerikalı bəzi rəsmilər isə İranın müqavilə şərtlərinə cümə günü, ya da bu həftə sonunda əməl etmiş olacağını bildirib.

Vyanada 14 İyulda əldə edilən razılaşmaya görə, İran 15 il ərzində cəmi zənginləşdirilmiş uran ehtiyatını 300 kiloqrama qədər endirəcək və təxminən 9 tona yaxın aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatını ölkə xaricinə çıxardacaq. Müqaviləyə görə İran, 300 kiloqramın üzərindəki uranı beynəlxalq bazara sata bilər və ya qarşılığında təbii uran ala bilər. ABŞ isə İrana qarşı illərdir tətbiq olunan iqtisadi sanksiyaları qaldırmağa başlayacaq.