İslam bankçılığının tətbiqi ilə bağlı irəliləyiş yoxdur

İslam bankçılığının tətbiqi ilə bağlı irəliləyiş yoxdur | alkredit.az

İslam bankçılığının Azərbaycanda tətbiq edilməsi üçün hökumət qanunvericilik bazasında müvafiq düzəlişlərin edilməsi ilə bağlı İslam İnkişaf Bankının (IDB) təqdim etdiyi layihəyə baxır. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib: "Lakin deyə bilmərəm ki, burada hər hansı irəliləyiş var".

S.Şərifovun sözlərinə görə, qanunvericiliyə dəyişiklik etmək asan iş deyil: "Prinsip etibarı ilə buna baxılmalıdır və onun əsasında müəyyən etməliyik ki, bunu hansı formada tətbiq etmək lazımdır. Çünki orada xeyli hüquqi prosedurlar var. Bu, o qədər də sadə iş deyil".

Xatırladaq ki, IDB 2015-ci ilin ortalarında Azərbaycanda İslam bankçılığı qanunvericiliyinin tətbiqi imkanlarının öyrənilməsi üçün Azərbaycana 200 min ABŞ dolları həcmində qrant ayırıb. Lakin Azərbaycan hökuməti bununla bağlı hələ də öz yekun qərarını verməyib.

 

Mənbə: Report

İslam bankçılığının tətbiqi ilə bağlı irəliləyiş yoxdur | alkredit.az