İsraff.com - xərclərinizə nəzarət üçün proqram təminatı

İsraff.com - xərclərinizə nəzarət üçün proqram təminatı | alkredit.az

İndi ölkədəki vəziyyət tələb edir ki, hamı öz büdcəsini, xərclərininə nəzarət etsin. Bu məsələnin həllinə kömək üçün İSRAFF adlanan yeni proqram təminatı hazırlanmışdır. Proqramdan istifadə etməklə ayın sonunda hansı məbləğdə xərclərinizin olduğu, bu xərclərin kateroqiyalar (nəqliyyat, ərzaq, əyləncə, komunal ) üzrə cəmi, ailə üzvləriniz (özünüzə, yoldaşınız, uşaqlar) üzrə cəmi və zərurilik dərəcəsi üzrə cəmini görməyə imkan əldə edirsiniz.  Proqramda multi valyuta əməliyyatları nəzərə alındığına görə dollar, euro, lirə və rubl ilə olan əməliyyatlarının da qeydiyyatını aparmaq mümkündür, bu əməliyyatlar milli bankın cari məzənnəsi əsasında hesablanır.  Proqramı internet üzərindən brouser vasitəsi ilə, mobil telefonlarınızdan isə xüsusi proqramı yükləmək ilə istifadə edə bilərsiniz. Cari versiya Azərbaycan, Rus və İngilis  dillərində istifadəyə verilib.

Program  Google Play-dən yükləyə və israff.com ünvanından  daxil ola bilərsiniz.

Hal-hazırda  qeydiyyat ödənişsizdir. Proqram təminatı haqqında daha ətraflı məlumatı PES şirkətinin saytından ala bilərsiniz.