Kənd Təsərrüfatı Nazirliyi “BP” şirkəti ilə əməkdaşlıq edəcək

Kənd Təsərrüfatı Nazirliyi BP şirkəti ilə əməkdaşlıq edəcək | alkredit.az

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə "BP" şirkəti arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Dekabrın 16-da Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə bp şirkətinin dəstəyi ilə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin həyata keçirilməsi müzakirə edilib. Həmçinin, bp tərəfindən tələbələr üçün praktiki əhəmiyyəti olan müvafiq istixana qurğularının Azərbaycan Dövlət Aqrar Universitetinə verilməsi nəzərdən keçirilib.

mənbə:fins.az