Kart vasitəsilə valyuta çıxartmaqda çətinlik

Kart vasitəsilə valyuta çıxartmaqda çətinlik | alkredit.az

Dünəndən kommersiya banklarının hesabdan və plastik kart vasitəsilə valyuta çıxarmağa məhdudiyyət qoyduğu bildirilir.

Məlumata görə, bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub.

Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bundan başqa, bir sıra banklarda pul çıxarılmasına limit qoyulub –2 min dollar.

Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan "Marja"ya bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə dollar az olduğundan tez qurtarır:

"Hər bankomatda müəyən məbləğdə dollar olur. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir. Əhali kartında manatda olan pulunu dollarda çıxardır".

Qeyd edək ki, dünən bankların çoxu valyuta satışını da dayandırmışdı.

"BÜTÜN “EXHANGE”LƏR BAĞLANIR"

Digər bir iddiaya görə, Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq. Hökumətə yaxın mənbələrin verdiyi məlumata görə, valyutadəyişmə məntəqələrinin bağlanması zərurətini onunla izah edib ki, bu məntəqələrin işçiləri birbaşa banklar tərəfindən müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə nəinki təkcə Mərkəzi Bankın, bütövlükdə dövlətin siyasətinə ziyan vuran fəaliyyətlə məşğul olurlar. Belə ki, məhz valyuta mübadiləsi şöbələri əməkdaşlarının “fəaliyyəti” sayəsində möhtəkirlik halları artır, əhali arasında qeyri-sağlam ajiotaj yaranır.

Məlumata görə, əhali bundan sonra pulunu “exhance”lərdə yox, bankların özündə və bank filiallarında dəyişə bilər. Bu isə Mərkəzi Banka öz pul siyasətini daha dəqiq yürütməyə və məzənnə ilə bağlı bütün prosesləri nəzarətdə saxlamağa imkan verəcək. Bu qərar həmçinin hələ 90-cı illərdən formalaşan “qara bazar”ın təsirini də heçə endirəcək.

mənbə:marja