Kredit House kreditləşməni dayandırdı – ŞƏRTLƏR DƏYİŞİR

Kredit House kreditləşməni dayandırdı – ŞƏRTLƏR DƏYİŞİR | alkredit.az

Azərbaycandakı bank olmayan kredit təşkilatlarından (BOKT) biri – “Kredit House” MMC kreditləşməni dayandırıb. Bu barədə fins.az-a BOKT-dan bildirilib. Məlumata görə, kredit verilməsindəki fasilə şərtlərin dəyişməsi ilə bağlıdır: “Yanvar ayından yenidən kredit verməyə başlayacağıq. Çox güman ki, faizləri azaldacağıq. İndiyə qədər bizdə kreditlərin effektiv faiz dərəcəsi 16,5% idi. Yeni ildən 12-13% ola bilər. Həmçinin komisyon haqqı 1% olacaq. Kreditin müddəti, girov və zamin məsələləri ilə bağlı da dəyişikliklər ola bilər”.

 

mənbə:fins.az