Kreditləriniz haqqında məlumatı Elektron hökumətdən əldə edə biləcəksiniz

Kreditləriniz haqqında məlumatı Elektron hökumətdən əldə edə biləcəksiniz | alkredit.az

Nazirlər Kabineti "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"na əlavə və dəyişikliklər edib.

Əlavələrdən biri Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemə qoşulmasıdır.

Həmçinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə - ailə tərkibi və təsərrüfatı barədə məlumatlar, qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar siyahıya daxil edilib.

YAxın vaxtlarda Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı və ailə tərkibi haqqında arayışı “Elektron hökumət” portalından əldə etmək mümkün olacaq.

Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılmışdır. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına (BOKT), habelə haqqında məlumat toplanmış şəxslərə məxsusdur.

Hazırda fiziki və hüquqi şəxslər özləri haqqında MKR-də olan məlumatları Mərkəzi Banka, habelə onun ərazi idarələrinə (Naxçıvan Muxtar Respublikası İdarəsi, Yevlax Ehtiyat Mərkəzi, Gəncə, Biləsuvar və Quba regional mərkəzləri) müraciət etməklə əldə edə bilərlər. Fiziki və hüquqi şəxslərə özləri haqqında sorğu olunan məlumatlar MKR-ə sorğunun daxil olduğu gündən 3 iş günü ərzində təqdim edilir.

 

mənbə:marja