Mərkəzi Bank bu banka yardım edib
Mərkəzi Bank "Caspian Development Bank" ASC-nə 10 milyon manat məbləğində kredit verib.
Bank ilə Mərkəzi Bank arasında kredit müqaviləsi 20 Aprel 2015-ci il tarixində imzalanıb.
Kredit Banka 3,5% faiz dərəcəsilə verilib."Caspian Development Bank" krediti 2016-cı ilin 11 aprel tarixində qaytarmalıdır.
Qeyd edək ki, hazırda "Synergy Group" ASC-nə daxil olan "Caspian Development Bank" ASC "Kövsər Bank" ASC-nin hüquqi varisidir. Bank 26 yanvar 2015-ci il tarixində “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya almışdır.
mənbə:marja