Mərkəzi Bank izafi manat kütləsini bazardan çıxardır

Mərkəzi Bank izafi manat kütləsini bazardan çıxardır | alkredit.az

Xəbər verdiyimiz kimi, 13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirildi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bildi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil etmişdir.

“Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınmışdır”,- Mərkəzi Bankdan bildirilmişdi.

Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcəkdir və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcəkdir.

Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.

Qeyd edək ki, Mərkəzi Bankın dövriyyəyə daxil etdiyi milli valyutanın həcmindəki artımlar dollara da tələb formalaşdırır. Banklar həmin vəsaitlərinin bir qisminin dollara çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə çalışırlar.

mənbə:marja