Mərkəzi Bank yeni Mərkəzini istismara verdi

Mərkəzi Bank yeni Mərkəzini istismara verdi | alkredit.az

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sferası üzrə vahid elektron imza infrastrukturunun yaradılması, kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin elekton bankçılıq və “müştəri-bank” xidmətlərindən istifadə edərkən risklərinin minimallaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılması məqsədilə müasir texniki və proqram platformaları bazasında akkreditə edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) yaradılaraq istismara verilmişdir. Bu barədə Mərkəzi Bankdan bildirilib.

BSXM-in əsas məqsədi Mərkəzi Bankın daxili sistemləri ilə yanaşı onun xidmət göstərdiyi kredit təşkilatları və dövlət qurumları, o cümlədən bank sistemində xidmət olunan hüquqi və fiziki şəxslərin təkmil elektron imza ilə təmin edilməsidir.

Qanunvericiliyə müvafiq olaraq akkreditə edilmiş BSXM-in təkmilləşdirilməsi nəticəsində informasiya sisteminin təhlükəsizliyinin artırılması, bütün kredit təşkilatlarının Mərkəzə real vaxt rejimində qoşulmaları, müştərilər üçün yerində təkmil elektron imzaların generasiya edilərək təqdim edilməsi imkanı, o cümlədən Ehtiyat Mərkəzlərdə fəaliyyətin davamlılığı təmin edilmişdir.

mənbə:marja