Maliyyə böhranı şəraitində effektiv maliyyə idarəetməsi

Maliyyə böhranı şəraitində  effektiv maliyyə idarəetməsi | alkredit.az

Aktual mövzunun müzakirəsi  beynəlxalq  ekspertin iştirakı ilə  Unibankda aparılıb

Unibank dünya maliyyə bazarında baş verən  tendensiyaları Azərbaycan bank sektorunda paylaşmaqda  davam edir.  Bu mövzuda daha bir tədbir  bu gün bankın baş ofisində keçirilib. Unibank Akademiyasının  Mərkəzi Bankla birgə təşkil etdiyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin də yaxından dəstəyi ilə təşkil olunan "Bank-maliyyə institutlarının idarə edilməsi: İflas və Gələcək" mövzusunda seminar bu gün işinə başlayıb.

Seminarın əsas məqsədi maliyyə sabitliyi, böhran şəraitində effektiv maliyyə idarəetməsi, bu sahədə beynəlxalq təcrübə barədə bankların rəhbər şəxslərinin məlumatlandırılması və mövcud problemlərin müzakirəsidir. Seminar bank-maliyyə və idarəetmə üzrə 20 ildən çox təcrübəyə malik dosent  Charles H. Allison tərəfindən aparılıb. Harvard  Biznes Universitetinin keys metodologiyasına uyğun aparılan müzakirələrdə  Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın  bankın nümayəndəsi iştirak edəcək.  İnteraktiv şəkildə davam edən seminarın ilk günündə maliyyə böhranı şəraitində  müxtəlif şirkətlərini təcrübəsindən danışılıb.

Qeyd edək ki, seminar  4 gün ərzində, hər gün iki növbə olmaqla fərqli mövzuların müzakirəsi ilə davam edəcək.

Unibank-hər kəsin bankı!