Manat əmanətləri üzrə yeni faiz dərəcəsi elan ediləcək

Manat əmanətləri üzrə yeni faiz dərəcəsi elan ediləcək | alkredit.az

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq Komitələrinin birgə iclası keçirilib.

İclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd bütün əmanətlərin qorunmasını nəzərdə tutur:

"Bu qanunda manatla əmanətlərə böyük üstünlük verir. Təbii ki, indi də manat və dollarla əmanətlərə banklar faiz tətbiq edirlər. Yeni faiz dərəcəsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası yeni qərarı olacaq. Əsas məsələ burada manata etimadın qorunması məsələsidir. Əmanətlərin tam sığortalanması haqında qanun layihəsi yeni qanun layihəsidir. Bu imkan verəcək ki, 6 milyondan çox əmanətçinin əmanətləri tam məbləğdə sığortalansın. Bu dövlət tərəfindən böyük bir qarantiyadır".

Əmanətlərin tam sığortalanması haqqında, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.

 

mənbə:marja