Manat Rubl qarşısında 30,5% gücləndi

Manat Rubl qarşısında 30,5% gücləndi | alkredit.az

Rubl 21 Fevraldakı devalvasiyadan sonra Azərbaycan Manatı qarşısında yeni minimum səviyyəyə düşüb.

Mərkəzi Bankdanverilən məlumata görə, 1 rubl 0,0148 manata (1000 rubl = 14,8 manat) bərabərdir.

Qeyd edək ki, bu ilin Fevral ayının əvvəlində 1 rubl 0.0113 manata qədər düşmüşdü. 21 Fevralda devalvasiya günü 1 rubl 0.0170 manata qaldırılmışdı.

Mart ayından başlayaraq Rubl Manat qarşısında güclənməyə başlamış, 19 Mayda 0.0213 manata qədər yüksəlmişdi (1000 rubl = 21,3 manat). İyul ayından başlayaraq isə, yenidən Rubl ciddi ucuzlaşmağa başlamışdır.

Son 3 ayda Rubl Manat qarşısında 30,5% ucuzlaşıb (Manat güclənib). Bu, 1000 rublda 6,5 manat ucuzlaşmaya bərabər gəlir.