Manat yenidən Rubl qarşısında güclənir - 6%

Manat yenidən Rubl qarşısında güclənir - 6% | alkredit.az

Bu gün Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 Rusiya rublu 0.0208 manata bərabərdir (1000 rubl 20,8 manat). Halbuki, 21 Dekabr 2015-ci il tarixindəki 2-ci devalvasiya ilə 1 Rubl 0.0218 manata bərabər edilimiş, 24 Dekabrda kurs 0.0223 manata qalxmışdı. Bu, son 3 həftəyə yaxın müddətdə Rublun Manat qarşısında 6%-dən çox ucuzlaşdığına işarə edir.

Fevral ayındakı birinci devalvasiyadan öncə 1000 rubl 11 manata qədər düşmüş, 21 Fevraldakı devalvasiya ilə Mərkəzi Bank 1000 rublu 17 manata qaldırmışdı. Buna baxmayaraq Rubl yenidən dəyərdən düşərək 1000 rubl 13 manata qədər geriəmişdi. Mərkəzi Bank yenidən devalvasiya edərək 1000 rublu 21,8 manata qaldırmışdı.

Qeyd edək ki, Rubl dollar qarşısında dəyərdən düşərək 75 rubl səviyyəsini aşıb. Rublun dollar qarşısında düşməsi Manat qarşında düşməsinə səbəb olur.