Monteneqrodakı Azərbaycan bankının rəhbərliyi məlum olub

Monteneqrodakı Azərbaycan bankının rəhbərliyi məlum olub | alkredit.az

"Monteneqro Mərkəzi Bankı Azərbaycanın Azmont Bankına (AZMONT BANKA AD Podgorica) tam həcmli bank lisenziyası (0101-4014/83-2 of 01.03.2016) verib", - "Marja" xəbər verir ki,  Bankın saytında verilən məlumatda deyilir.

"Azmont Bank" Monteneqro ərazisində fəaliyyətə başlayan 15-ci bankdır. Bankın baş ofisi Podgorica, Marka Miljanova 46 ünvanında yerləşir.

"Azmont Bank"ı, "Azmont Company" və " Azerbaijan Global Investments" şirkətinin əməkdaşlığı nəticəsində təsis olunub.

Bankın Direktorlar Şurasına Əhməd Erentok başçılıq edir. Şuraya həmçinin Rəşad Əliyev, Rəşad Rəsullu, Qorxmaz Ağayev və Ana İvanoviç daxildir.

"Azmont Bank", Boko Kotor Buxtası sahilində yerləşən "Portonovi" turizm-istirahət kompleksinin tikintisi layihəsinin həyata keçirilməsini maliyyələşdirəcək. Bu, Monteneqro ərazisində ən iri komplekslərindən biridir. Kompleks hotel, spa mərkəzi, super-yaxtalar, yaşayış evləri, villalar, liman, mağaza və restoranlardan ibarət olacaq. Kompleks 2018-ci ilin yayında açılacaq.

Monteneqroda "Azmont Bank"ının açılması səbəbləriindən biri də, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Avropa ölkələrinə ixracı üçün tikiləcək Trans Adriatik Boru Kəməri (TAP) layihəsidir.

mənbə:marja