Muğanbank-dan 3 yeni şöbə

Muğanbank-dan 3 yeni şöbə | alkredit.az

Son vaxtlar satışların aşağı düşməsilə banklar filiallarını saxlamaqda çətinlik çəkirlər. Belə bir vəziyyətdə yeni filial açmaq yerinə şöbə yaratmaq daha rentabelli ola bilər.

Bakı və Sumqayıt  şəhərlərində Muğanbank ASC-nın 3 yeni şöbəsi fəaliyyətə başlayıb. Bu barədə Bankdan “Marja”ya bildirilib.

2 saylı şöbə -Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Ələsgər Ələkbərov küçəsi E., 3 saylı şöbə -Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, mənzil 61 və 8 saylı şöbə - Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti 56C ünvanında fəaliyyət göstərir.

Şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

ŞÖBƏLƏRİNİN SAYI 9-A ÇATIB

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.