Nağdlaşdırmada 0% komissiya – Expressbank-ın plastik kartlarının üstünlükləri.

Nağdlaşdırmada 0% komissiya – Expressbank-ın plastik kartlarının üstünlükləri. | alkredit.az

Müasir həyatımızı plastik kartsız təsəvvür etmək mümkün deyil. İstər xaricdə, istərsə də ölkə daxilində internet üzərindən alış-veriş etmək, müxtəlif ticarət obyektlərində rahat şəkildə nağdsız ödəniş etmək və nağd pul gəzdirmək məcburiyyətindən azad olmaq kimi bir sıra üstünlüklər təklif edən plastik kartlar günümüzün ən praktik bank məhsullarından biridir.

Expressbank-ın plastik kartları isə istifadəçilərinə daha çox üstünlüklər təqdim edir. İlk öncə qeyd edək ki, nağdlaşdırma zamanı debet kartları üzrə heç bir komissiya tutulmur. POS terminal vasitəsi ilə ödəniş etdikdə isə ödədiyiniz məbləğin 0.3%-dən 20%-dək hissəsi yenidən hesabınıza qayıdır.

Amma bu da hələ son deyil. Expressbank-ın plastik kart sahibisinizsə, hesabınızı artırmaq üçün banka gəlməyə ehtiyac yoxdur. Ölkə üzrə 500-dək ExpressPay ödəniş terminalı və ya şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirə bilərsiniz. Vəsait hesaba dərhal oturur və qəbz təqdim edilir.

Plastik kart sifariş vermək üçün Expressbank-ın sizə ən yaxın 16 filialından birinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz və ya evinizdən çıxmadan www.expressbank.az saytı vasitəsi ilə elektron sifariş yerləşdirməyiniz kifayətdir.

Expressbank-ın plastik kartları ilə xərclərinizi gəlirə çevirin!

 

www.expressbank.az

www.facebook.com/Expressbank