Neftə dair kritik məlumat açıqlanacaq

Neftə dair kritik məlumat açıqlanacaq | alkredit.az

Neft qiymətləri, ABŞ-da neft ehtiyatları və hasilat göstəriciləri açıqlanmadan öncə 37 dollar civarında dalğalanır.

Bakı vaxtı ilə 09:00-da Brent nefti 37.50 dollardan, ABŞ xam nefti isə 37,03 dollardan alıcı tapıb.

ABŞ-da Bakı vaxtı ilə bu gecə 01:35-də açıqlanacaq neft ehtiyatlarının yüksək həcmdə qalacağı gözlənilir.

Bloombergin sorğusuna qatılan analitiklərin proqnozlarına görə, neft ehtiyatlarının ötən həftə dəyişiklik göstərməməsi və beş ilin mövsümi ortalamasından 130 milyon barrel artıq qalmaqda davam etməsi gözlənilir.

Bir əvvəlki həftə neft ehtiyatları 2,2 milyon barrel azalma gözlənildiyi halda 2,9 milyon barrel artmışdı. Əgər açıqlanan məlumat neftbazalarda ehtiyatların yenidən artmasını göstərərsə, bu zaman neftin qiymətinin daha da düşəcəyi gözlənilir.

Amerika Neft İnstitutu hər həftə Çərşənbə axşamı günü  ABŞ-dakı xam neft və benzin  ehtiyatları ilə bağlı həftəlik hesabat dərc edir. Rəqəm, bazalarda nə qədər neft və neft məhsulu olduğunu və bu məhsulların nə qədər müddət çata biləcəyini göstərir.